Sülhməramlıların olduğu 9 təyyarə Qarabağa yola düşdü – YENİLƏNİB

Sülhməramlıların olduğu 9 təyyarə Qarabağa yola düşdü – YENİLƏNİBbackend
Rusiya sülhməramlılarının olduğu 9 təyyarə Qarabağa yola düşüb.
Busaat.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sülhməramlıların şəxsi heyəti, nəqliyyat vasitələri, zirehli nəqliyyat vasitələri və digər avadanlıqlar artıq təyyalərə yüklənərək yola salınıb.

Qeyd edək ki, 1960 hərbçi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika münaqişə zonasına göndərilir. Göyərtəsində rusiyalı sülhməramlılar olan daha iki “İl-76” təyyarəsi Ulyanovsk-Vostoçnı aerodromundan havaya qalxıb.

—————–
“RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təyyarələrdən birində şəxsi heyət və zirehli transportyorlar (ZTR) var. Digərinin göyərtəsində isə sülhməramlı birləşmələrin personalı, maddi vasitələr və avtomobil texnikası var.

Ümumilikdə Rusiyadan göyərtəsində sülhməramlılar olan 6 təyyarə yola düşüb.

Daha əvvəl Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1 960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90