Sumqayıtda iş zamanı yanan fəhlənin vəziyyəti ağırdır – YENİLƏNİB

image-35backend
image-ad_qayo_720x110px

İyulun 14-də 1988-ci il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Busaat.az xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.

Bildirilib ki, ona bədən səthinin 60-65% yanığı, III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib.

Hazırda vəziyyəti ağır qiymətləndirilir.APA

***

08:59

Sumqayıtda fəhlə iş zamanı yanıb.

Busaat.az apa-ya istinadla xəbər verir ki, hadisə “Tuqzavod” adlanan ərazidə yerləşən zavodda qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Şiriyev Hamlet Elxan oğlu müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb.

H.Şiriyev xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki