Sumqayıtda xəstəxanada yanğın – Təfərrüatlar

image-45backend

Sumqayıt şəhərində fəaliyyət göstərən 4 saylı xəstəxanada yanğın baş verib. Busaat.az xəbər verir ki, yanğın axşam saatlarına təsadüf edib və artıq söndürülüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və təcili tibbi yardım maşınları cəlb olunub.

Hadisənin başvermə səbəbləri barədə rəsmi məlumat yoxdur. Qeyri-rəsmi xəbərlərə görə yangın xəstəxananın şaxtasından başlayıb. Az sonra demək olar ki,bütün xəstəxananı əhatə edib. Xəstələr və tibb ocağının işçiləri dərhal təxliyyə edilib. Bildirilir ki, hadisə nəticəsində tüstüdən zəhərlənənlər var. Onlar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda hadisə yerində araşdırmalar aparılır. Sumqayıtın tibbi kontingenti də olay yerinə cəlb edilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki