Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 313 $▼2.55%
  • Ethereum1 616 $▼0.20%
  • S&P 5006 910▼3.72%
16°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Gündəm

Sürücülərə xəbərdarlıq: bu halda 50 manat cərimələnə bilərsiniz

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avtomobilini texniki baxışdan keçirməyənlər cərimə olunacaq. Çünki hazırda qüvvədə olan sərt karantin rejimi qaydaları avtomobillərin texniki baxışdan keçirilməsinə mane deyil.

Üstəlik, əgər avtomobil saz vəziyyətdədirsə, texniki baxışdan keçirmək prosesi elə də çox vaxt almır.

Busaat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, texniki baxış zamanı hər hansı ləngimə yaranarsa, bununla bağlı yolda karantin qaydasının pozulduğu üçün cərimə tətbiq olunmayacaq. Çünki Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Müayinə Mərkəzi tərəfindən gecikmə yarandığı halda vətəndaşlara sərbəst hərəkət üçün arayış verilir.

Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Müayinə Mərkəzinin müfəttişi Elgiz Teymurov bildirib ki, texniki baxışla bağlı güzəşt edilməyəcək. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək cərimələr tətbiq olunacaq.

Mərkəzdən verilən məlumata görə, texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atanlar var. Bəzi sürücülər texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Belə sürücülər dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanır və onlar qanunvericiliyə uyğun olaraq cərimə olunurlar.

Qeyd edək ki, müayinə mərkəzi həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-00-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=28380