Şuşanın girişində quraşdırılacaq lövhə BELƏ OLACAQ – FOTO

Şuşanın girişində quraşdırılacaq lövhə BELƏ OLACAQ – FOTObackend

Vətən Müharibəsi zamanı nəticəsində işğaldan azad olunan Şuşa şəhərində quraşdırılması üçün iri ölçülü (iki metrə yaxın hündürlükdə) yazı hazırlanıb.

Xüsusi işıq diodları ilə təchiz olunmuş konstruksiya elektrik enerjisinin verilib-verilməməsindən asılı olmadan sutkanın qaranlıq vaxtında da göz oxşayacaq.

“AdCo” reklam şirkəti tərəfindən hazırlanan yazının Azərbaycanın mədəniyyət paytaxtında yerləşdirilməsi üçün artıq aidiyyatı qurumlara müraciət olunub və təsdiqini gözləyir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin düşməndən azad edildiyini açıqlayıb. Hazırda şəhərdə infrastrukturun bərpası həyata keçirilir, restavrasiya işləri üçün hazırlıqlar görülür. (report)

busaat bc59e6541577cc731f6cd054c33c99de lyefw2cimpkxrh1v0n8u busaat 229eb2063705781ccd74336c6362efc1 of0ga526lc8rn93sv7ix


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki