Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.87 $▼2.81%
  • WTI neft83.76 $▼1.16%
  • Avropa qazı (TTF)83.65 €▼2.14%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.95%
  • Qızıl3 770 $▼0.43%
  • Gümüş45.70 $▼0.24%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda601.00 ¢▼0.70%
  • Bitcoin64 106 $▼1.18%
  • Ethereum1 797 $▼1.42%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Tacikistan KTMT-dən kömək istədi

image-tacikktmt
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tacikistan Əfqanıstanla sərhəddə yaranan vəziyyətlə bağlı kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə tərəfdaşlarına müraciət edib.

Busaat.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, Tacikistanın KTMT üzrə dövlət nümayəndəsi Həsən Sultanovun təşkilatın Daimi Şurasının iclasında səsləndirdiyi fikirlərə görə, Tacikistan vəziyyətin nəzarət altında saxlanılması, Əfqanıstan tərəfdən gələn təhdid və təhlükələrin qarşısının alınması üçün vacib tədbirlər görür.

“Lakin regionda yaranan vəziyyəti, həmçinin Əfqanıstanla sərhədin ayrı-ayrı hissələrinin çətin dağlıq ərazidə yerləşməsini nəzərə alaraq deməliyəm ki, bu tapşırığın öhdəsindən tək gəlmək çətindir. Vəziyyət KTMT tərəfindən adekvat reaksiya tələb edir. Həmçinin, cənub sahillərin müdafiəsi üzrə potensialı artırmaq mütləqdir”, – deyə Həsən Sultanov əlavə edib.

Onun sözlərinə görə, bu kontekstdə “Tacik-əfqan sərhədinin gücləndirilməsində Tacikistan Respublikasına kömək göstərilməsi haqqında” Kollektiv Təhlükəsizlik Şurasının 2013-cü il 23 sentyabr tarixli qərarının icrasını təmin etmək aktual məsələ olaraq qalır. O, bu səbəbdən təşkilatın üzv dövlətlərini adı çəkilən sənədin icrası üçün öz tövhələrini verməyə çağırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=51641