Taksilər yenə bahalaşacaq: Xidmət səviyyəsində isə hansısa dəyişiklik qeydə alınmır

image-40backend

Tələblərə cavab verməyən avtomobillərin taksi fəaliyyətinə son qoyulandan sonra “Bolt”, “Uber” və digər taksi şirkətlər gedişhaqqında ikiqat artım ediblər.

Lakin maraqlı məqam budur ki, bu artım məhz paytaxt Bakıda müşahidə olunur. Bölgələrdə isə qiymət artımı qeydə alınmır. Məsələn, Bakıda bir nöqtədən digər nöqtəyə gediş haqqı minimum 2.50 manatdırsa, bölgələrdə bu qiymət 1.10 manatdan başlayır.

Bu cür qiymət tənzimlənməsinin səbəbi nədir? Hazırda yay mövsümü olduğu üçün taksiyə tələbat elə də yüksək deyil. Qarşıdakı aylarda taksi qiymətlərinin artacağı gözlənilirmi?

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Busaat.az-a açıqlamasında bildirib ki, indiki məqamda taksi fəaliyyəti ilə bağlı irəli sürülən tələblərə bölgələrdə əməl olunmur. Bu isə taksi qiymətinin bahalaşmamasına təsir edib.

Onun sözlərinə görə, taksi fəaliyyətində olan şikayətlər və anarxiyanı aradan qaldırmaq üçün atılan addımlar təqdirəlayiqdir. Müsahibimiz bildirib ki, istər nəqliyyat vasitələrinə, istərsə də sürücülərə tətbiq olunan addımlara ehtiyac var idi:

“Demək olar ki, paytaxtda tələblərə cavab verməyən nəqliyyat vasitələrinin əksəriyyəti aradan qaldırılıb. Lakin bölgələrdə şəxsi tanışlıq nəticəsində sürücülər tələblərə cavab verməyən istənilən növ nəqliyyat vasitələrindən istifadə edirlər. Bu baxımdan bölgələrdə taksi qiymətlərində ciddi dəyişiklik müşahidə olunmur. Təəssüf ki, xidmət səviyyəsində də hansısa dəyişiklik qeydə alınmır. Bütün hallarda onu da nəzərə almaq lazımdır ki, bölgələrdəki məsafə ilə Bakıdakı məsafə eyni deyil. Bögələrdə bir nöqtədən digər nöqtəyə gediş məsafəsi çox qısadır”.

Yasin Mustafayev, nəqliyyat məsələləri üzrə ekspert

Ekspert hesab edir ki, qarşıdakı dövrdə irəli sürülən tələblərə bölgələrdə də əməl olunacaq.

“Sözügedən tələblər bölgələrdə də həyata keçiriləndən sonra qiymət artımı baş verəcək. Eyni zamanda minimum gedişhaqqı da mövcud prinsiplərə uyğun olaraq, dəyişikliyə məruz qalacaq”, – deyə Yasin Mustafayev vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki