Talıbovla bağlı üç sensasion faktlar: SEPAH, Rusiya, PKK…Yeni şok açıqlamalar

image-1670266759_vasif-manset-900x423backend

Parlamentdə Siyavuş Novruzov, Eldar İbrahimov, Səttar Mehbalıyev kimi bir neçə şəxsdən başqa Naxçıvanda heç kim Vasif Talıbovu dəstəkləmir. Hətta əleyhinə yazmağıma baxmayaraq, Vasif Talıbovun öz adamlarından mənə sevinclərini bildirənlər oldu.

Busaat.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz deyib.

O, Naxçıvanda keçirilən əməliyyatları 3 amillə əsaslandırıb:

“Bunlardan biri geopolitik amildir. Rusiya buradan çəkilir, onun yerinə Türkiyə kimi yeni beynəlxalq güclər yerləşir. Vasif Talıbov Rusiyanın 5-ci kolonunun əsas qüvvəsindən birinin lideri idi. Naxçıvanda yerləşdirilməsinin səbəbi Muxtar Respublikanın inzibati mina olması idi. Azərbaycanın ayağının altındakı ikinci mina o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti olub. Azərbaycan Rusiyanın təsir dairəsindən çıxıb Qərbə yönələrdisə, o minalar partlaya bilərdi. Rusiyanın Qarabağ və Ukraynada ağır məğlubiyyətindən sonra bölgədə təsir dairəsi azalmağa başladı. Bu boşalan yerə Qərb dünyası, Türkiyə və bu kimi dövlətlər yerləşməyə başladı. Naxçıvanın Rusiyanın təsir dairəsindən çıxması, oradakı təxribatçı hakimiyyəti darmadağın etmək üçün dövlət əməliyyat keçirilməli idi”.

Heydər Oğuz deyib ki, V.Talıbovun SEPAH-la əlaqələri haqda iddiaları onun öz hakimiyyətinə yaxın adamlar tərəfindən səsləndirilib:

“Bunu ilk dəfə vaxtilə “Şərq Qapısı” qəzetinin baş redaktoru olmuş, sonra Mehriban Əliyevanın vitse-prezident seçilməsi xəbərini manşetdə verdiyinə görə işdən çıxarılmış Tural Səfərov irəli sürüb. O, açıq deyir ki, məndə olan məlumata görə, SEPAH-ın komandiri Naxçıvanda olub və Vasif Talıbovla görüşüb”.

Baş redaktorun sözlərinə görə, V.Talıbovun İranla çox ciddi əlaqələri vardı:

“Bunu artıq Naxçıvanda hər kəs bilir. Bir çox naxçıvanlı fəal da bunu açıq etiraf edir. Məsələn, vaxtilə AXC-nin Şərur rayonu üzrə sədri olmuş, Heydər Əliyev hakimiyyəti dövründə Şərurun icra başçısı vəzifəsində çalışmış Fərəməz Allahverdiyev bu yaxınlarda bir iddia irəli sürmüşdü ki, səkkiz il ərzində V.Talıbov 38 dəfə İrana gedib, ancaq bir-iki dəfə də olsun Türkiyəyə getməyib. O, İranın rəsmi şəxsləri ilə görüşüb, bəzilərini isə Naxçıvanda qəbul edib. O, İrana gedəndə dövlət başçısı kimi rəsmi qaravulla qarşılanırdı. V.Talıbovun İrana meyillənməsinin bir səbəbi də Rusiyanın təsir dairəsinin azalması ilə bağlıdır. Bilirsiniz ki, Ermənistanın 5-ci kolonunun rəhbəri Köçəryan da bu haqda açıqlama vermişdi. Rusiya dağılandan sonra Ermənistanın nə edəcəyi ilə bağlı müzakirələrdə hər kəs “Qərbə yönələk” deyərkən, o “xeyr, biz İranla həmsərhədik, Rusiya öldüsə, yaşasın İran!” deyirdi. İndi bənzər xətti Vasif Talıbov yürüdür”.

Jurnalist iddia edir ki, V.Talıbovun Türkiyədəki separatçı qüvvələrlə də əlaqələri mövcuddur: “Bu əməliyyatlarda Türkiyə faktoru da rol oynayır. Türkiyə tələb edirdi ki, Naxçıvanda türk iş adamlarının sıxışdırılmasının qarşısı alınsın. Vasif Talıbovun bir sıra separatçı qüvvələri Naxçıvanda yerləşdirməsi, orada onlara iş imkanı yaratması ciddi şəkildə araşdırılsın”.

H.Oğuz qeyd edib ki, ikinci amil Naxçıvan hakimiyyətinin Azərbaycana tabe olmaması idi:

“Xüsusilə, 2003-cü ildən başlayaraq, Naxçıvan tamamilə fərqli mövqe tutmuşdu. Bu, 2017-ci ildən birbaşa təzahür etmişdi. 2016-cı ildə aprel döyüşlərində Azərbaycanın qazandığı uğurlara kölgə salmaq məqsədilə Qarabağ ətrafında, həm də Naxçıvanda təxribatçı hərəkətlərə başlamışdı. Bunlardan biri Tərtər hadisələri idi. Qarabağ coğrafiyasına yaxın bir ərazidə baş verən Tərtər hadisəsi ilə sanki Rusiya bizə “cızığından çıxma” demişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90