Tayvan Kahramanmaraşın Pazarcık rayonunda baş verən şiddətli zəlzələdən sonra hərəkətə keçərək yardım qrupu göndərəcəyini açıqlayıb.
Busaat.az xəbər verir ki, Tayvan Xarici İşlər Nazirliyi ölkənin Türkiyəyə 2 milyon dollar ianə ayırdığını və xilasetmə qrupları göndərdiyini açıqlayıb.
Tayvan administrasiyası daha əvvəl Türkiyəyə 200 min dollar ianə edəcəyini açıqlamışdı.
Tayvan Milli Yanğından Mühafizə Agentliyi bu gün bildirib ki, xilasetmə işlərinə kömək etmək üçün Türkiyəyə 130-dan çox xilasedici göndərilib.









