Türk Dövlətləri Təşkilatının loqotip və bayrağı gələn il kosmosa çıxarılacaq.
Busaat.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev bildirib.
Kubanıçbek Ömüraliyev Qəbələ Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.








