TƏCİLİ: Paşinyan adamlarını Moskvaya göndərdi

TƏCİLİ: Paşinyan adamlarını Moskvaya göndərdibackend

Dünən səhər Ermənistanın hakim “Mənim Addımım” partiyasının deputatları – parlament sədrinin müavini Alen Simonyan və Dövlət və Hüquqi məsələlər Komitəsinin Vladimir Vardanyan təcili Moskvaya səfərə gediblər.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Bu məlumatı nəşrə “Mənim Addımım” fraksiyasının deputatları təsdiqləyib.

Qəzetin parlamentdəki mənbələri, erməni deputatların Moskva səfərinin məqsədinin rus həmkarları ilə dialoq aparmaq olduğunu söyləyiblər:

“Moskvadakı əhval-ruhiyyəni öyrənmək və mümkünsə, dəstək də istəmək istədiklərini deyiblər. Lakin məlum olur ki, deputatların səfəri rəsmi deyil, özəldir”.

Parlament aparatı rəhbərinin müavini Lilit Minasyan isə sözügedən deputatların Ermənistanda olduğunu, heç bir yerə getmədiyini bildirib.

Əlavə edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın bundan əvvəl Moskvadan dəstək istəyi dəfələrlə rədd edilib. Bu dəfə öz partiyasının deputatlarını Rusiyanın paytaxtına göndərmək isə məğlub ölkənin baş nazirinin suda boğulan adamın saman çöpündən tutmaq istəyinə bənzəyir.pravda.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90