“Teleqüllə” və “Hollywood”da karantin rejiminin tələbləri pozuldu

“Teleqüllə” və “Hollywood”da karantin rejiminin tələbləri pozuldubackend

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.

Nazirliyin mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, sentyabrın 10-da keçirilən monitorinqlər zamanı ümumilikdə, 114 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Bunların arasında məşhur restoranlar da var. Belə ki, Xətai rayonunda “Coffeemania”da, Binəqədi rayonunda “Hollywood restoranı”nda və Səbail rayonunda “Teleqüllə restoran”da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələbləri pozulub.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90