Temperatur 50 dərəcəyə çatdı, hökumət dronlarla yağış yağdırmalı oldu – VİDEO

image-erebyagisbackend

Dünyanın ən quraqlıq ərazilərindən biri olan Dubayda həddən artıq isti keçən hava şəraitinə görə süni yağış yağdırılıb.

Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, temperaturun 50 dərəcəyə çatması səbəbilə vətəndaşların çətinlik çəkdiyini nəzərə alan səlahiyyətlilər çıxış yolunu dronlarla yağış yağdırmaqda görüb.

Məlumata görə, Böyük Britaniyanın “Reading Universiteti”nin mütəxəssislərinin ərsəyə gətirdikləri texnologiya sayəsində dronlarla buludlara elektroşok verilərək yağış əldə edilir.
Bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri 2017-ci ildən bəri süni yağış layihəsi üçün 15 milyard dollar pul xərcləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90