Terim 3 nəfərdən polisə şikayət etdi

Terim 3 nəfərdən polisə şikayət etdibackend

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim 3 nəfərdən polisə şikayət edib.

Busaat.az xəbər verir ki, buna səbəb çalışdırıcının koronavirus testi pozitiv çıxdıqdan sonra həmin şəxslərin onu təhqir etməsidir. 

Terim sağalıb xəstəxanadan ayrıldıqdan sonra şikayət ərizəsi yazaraq onların həbs edilməsini istəyib. Məşqçinhin vəkili Rezan Epözdəmir də bununla bağlı açıqlama verib: “Ertoğrul Sarıtaş adlı istifadəçi “Tvitter”də Terimlə bağlı “Allahın sopası yoxdur, bunu da Terimin şərəfinə içirik” yazmışdı.

Bu çalışdırıcının etibarının zədələyib. “Themanyedek” adlı Tvitter istifadəçisi isə xəstəliyin açıqlandığı gün “Terim layiq olduğuna çatdı, betər olsun” deyə şərh yazmışdı. “Hesapver4” adlı istifadəçi isə “sənin kimi yalançl, vətən xaini, fırıldaqçı bir daha dünyaya gələ bilməz” sözləri ilə baş məşqçini təqir edib. Hər üçündən şikayət etdik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90