Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 255 $▼1.42%
  • Ethereum1 896 $▼1.62%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Sosial

Toy etmək istəyənlər üçün VACİB XƏBƏR

image-toy11
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sentyabr ayının gəlişi toy sektorunda canlanma səbəbi ilə, bir sıra məhsulların, xüsusilə, ətin qiymətinin yüksəlməsi ilə bağlı fikirlərin meydana çıxmasına səbəb olub. Yay aylarında ət və ət məhsullarının qiymətində artım müşahidə olunduğunu nəzərə alsaq, qiymətlərin yenidən artımı ilə bağlı iddialar əhali arasında narahatlıqla qarşılanıb.

Busaat.az xəbər verir ki, məsələni “Yeni Sabah”a şərh edən iqtisadçı Xalid Kərimli toy mövsümünün qiymətlərə təsir etməyəcəyini bildirib:

“Ətin qiyməti onsuz da qalxıb. Həm mal, həm də qoyun ətinin qiymətinin yay sezonunda artması müşahidə olundu. Güman etmirəm ki, sentyabr ayında toy sezonunun başlaması ilə əlaqədar ətin qiymətində yenidən artım olmasını məhz bu səbəbdən müşahidə edək. Zatən, iyul-avqust ayları ətə tələbatın yüksək olduğu bir dönəm idi. İnsanlar bu ərəfədə istirahətə yollanır, məzuniyyətə çıxır, müxtəlif bölgələrə üz tuturdular. Bu səbəbdən, ətin, xüsusilə, xırdabuynuzlu heyvanların ətinin istehlakı artmışdı. İstehlakın ən yüksək dövrləri iyun-avqust ayları olub”.

İqtisadçı idxalla bağlı məqamların qiymətlərə daha çox təsir göstərdiyini vurğulayıb:

“Sentyabr ayında toy sezonunun başlamasının ətə olan tələbatı iyun-avqust aylarındakı tələbatdan daha çox edəcəyini düşünmürəm. Amma ümumi şəkildə desək, mal ətinin bir ara ucuzlaşdığını gördük. Səbəb idxalla bağlı idi. Rusiyadan idxal olunan məhsullar var idi. Bu da qiymətin düşməsinə öz təsirini göstərdi. Lakin hazırda mal ətində yenidən bahalaşma var. Qarşıdakı dövrdə idxaldan asılı olan məqamlar ortaya çıxa bilər. İdxal olunan məhsulların həcminin artıb-azalması qiymətlərə təsir göstərə bilər. Ancaq qiymətlərin qalxmasına toy sezonunun səbəb olacağını gözləmirəm”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=147003