Tural qıza görə öldürülməyib? – Qətlə yetirilən gəncin atası NƏLƏR DANIŞDI

image-39backend

Mənim oğlumun hazırda adı hallanan xanımla heç bir əlaqəsi yoxdur.

Bunu Busaat.az-a açıqlamasında odlu silahdan atəş açılması nəticəsində qətlə yetirilən Tural Kosayevin atası Kamil Kosayev bildirib.

O qeyd edib ki, İsmayıl Allahverdiyevlə oğlu Turalın arasında əvvəlcədən hansısa bir problem olması barədə məlumatı yoxdur:

“Hadisədə adını hallandıran xanım da kiminsə övladının adını yalandan çəkməsin. Mən onu tanımıram, oğlumla əlaqəsi olmayıb. Məndə olan məlumata görə, oğlum “Əzizbəyov”da (metronun “Koroğlu” stansiyası – red.) manatlıq taksiyə minib, “Nərimanov”a gedib. Həmin vaxt maşında yad bir xanım da olub”.

K.Kosayev hesab edir ki, oğlu İsmayılla hansısa məsələ barədə danışmaq üçün “Nərimanov”a gedib.

Xatırladaq ki, qətl hadisəsi iyunun 26-da Nərimanov rayonunda, “Metro Park”ın qarşısında baş verib. Belə ki, 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyev Tural Kosayevə odlu silahdan atəş açaraq qətlə yetirib.

İddialara görə, hadisə qız üstündə baş verib. Belə ki, hər iki gəncin eyni qızı sevdiyi, İsmayılın da Turalı buna görə qətlə yetirdiyi deyilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki