Türk Hava Yolları Ankara istiqamətinə də xüsusi reyslər icra etməyə başlayır

Türk Hava Yolları Ankara istiqamətinə də xüsusi reyslər icra etməyə başlayırbackend

Türk Hava Yolları 2 Oktyabr 2020-ci il tarixindən etibarən Ankara Bakı və Bakı Ankara xüsusi
uçuşlarına başlayacaqdır. Uçuşlar çərşənbə və cümə olmaqla həftədə 2 dəfə planlanıbdır və
AnadoluJet markası ilə həyata keçiriləcəkdir. Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara
isə 19:00-20:35-də təşkil olunacaq. Bakı – Ankara – Bakı reysinə bilet əldə etmək,
www.anadolujet.com web səhifəsini ziyarət etmək vəya səlahiyyətli agentliklərə müraciət
etməklə mümkündür. Ankara uçuşlarımızda tələbə endiriminin keçərli olduğunu və tətbiq
edilə bilinəcəyini xüsusiylə qeyd etmək istəyirik.
Əlavə olaraq Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək,
Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaqdır. İstanbul – Naxçıvan – İstanbul uçuşları
da eyni qaydada həftənin cümə günləri icra ediləcəkdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90