Türkiyə-ABŞ arasında “F-35” təyyarələri ilə bağlı dialoq aparılır

image-f35backend

“ABŞ və Türkiyə arasında son nəsil “F-35” qırıcıları ilə bağlı problemi həll etmək üçün iki ölkə arasında dialoq başlayıb”.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmail Dəmir açıqlama verib.

“Artıq heç bir ölkənin “F-35” proqramından birtərəfli qaydada kənarlaşdırıla bilməyəcəyini demişdik. ABŞ-dan gələn son məktub da haqlı olduğumuzu təsdiqlədi. “F-35” probleminin həll yolunu tapmaq üçün ABŞ ilə dialoq başlayacaq”,- deyə İ. Dəmir qeyd edib.

Xatırladaq ki, Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini tədarük etməsindən sonra Türkiyə ABŞ tərəfindən “F-35” proqramından kənarlaşdırılmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90