Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
10°Bakı
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
Siyasət

Türkiyə hərbçiləri 1 il də Azərbaycanda qalacaq - Qanun qüvvəyə mindi + FOTOLAR

Türkiyə hərbçiləri 1 il də Azərbaycanda qalacaq - Qanun qüvvəyə mindi + FOTOLAR
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin daha bir il uzadılması ilə bağlı prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin qanunu qüvvəyə minib. Busaat.az xəbər verir ki, bu haqda sənəd “Rəsmi Qəzet”də dərc olunub. Qanunda Azərbaycan, Ermənistan və Rusiyanın 9 noyabr 2020-ci il tarixində imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək. Xatırladaq ki, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə göndərilmiş və parlament tərəfindən qəbul edilmişdi. Qeyd edək ki, 2021 və 2022-ci illərin noyabrında da Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb. Qafqazinfo
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=60938