Türkiyə kənd təsərrüfatı məhsuldarlığına görə Avropada liderdir

image-_azpressaz_78a91b77f4e60b192b5890a4c_obackend

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi sosial media hesabında 2020-ci il üzrə kənd təsərrüfatı məhsuldarlığı ilə bağlı paylaşım edib.

Paylaşımda Türkiyənin kənd təsərrüfatı məhsuldarlığı baxımından Avropada ilk sırada olduğu qeyd edilərək kənd təsərrüfatı sahəsinin pandemiya və iqlim quraqlığına baxmayaraq 4,8 % böyüdüyü qeyd edilib.

Sektorun son 3 ilin ən yüksək artım göstəricilərini nümayiş etdirdiyinə diqqət çəkilib.

Paylaşımda qoyulan sərmayələr nəticəsində daha az su ilə daha yüksək məhsuldarlığın əldə edildiyi qeyd edilərək, “Kənd təsərrüfatından əldə edilən gəlir 20 % artaraq 333,3 milyard liraya yüksəlib”, – deyə bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90