Türkiyə Suriya ilə sərhəddə 30 km-lik təhlükəsizlik zonasını təmin edəcək – Ərdoğan

image-1667216111_erdoghanbackend

Türkiyə Suriya ilə sərhəddə terror təhlükəsinin mövcud olduğu 30 kilometrlik təhlükəsizlik zonasını tam formalaşdırmaq üçün əlavə tədbirlər görəcək.

Busaat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyadan gələn terror təhlükəsini aradan qaldırmaq üçün 30 kilometrlik təhlükəsizlik zonasını təmin etmək üçün yeni tədbirlər görəcəyik” – deyə, Ərdoğan qeyd edib.

Bundan əvvəl Ərdoğan Türkiyənin Suriyanın şimalında quru əməliyyatına başlamaq planlarını açıqlayıb.

Türkiyə mediasının məlumatına görə, Türkiyənin yeni əməliyyatı Suriya ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti ələ keçirməyə və qonşu ölkədən gələn terror təhdidlərini minimuma endirməyə imkan verəcək. Ankara Kürdüstan Fəhlə Partiyasını və onun Suriya qolu olan Xalq Müdafiə Birliklərini milli təhlükəsizliyinə əsas təhdid kimi görür. Hərbi mənbələrə görə, təxminən 50 min türk əsgəri və Türkiyənin dəstəklədiyi Suriya silahlı müxalifətindən döyüşçülər təşkil ediləcək əməliyyatlarda iştirak edəcək.

Türkiyənin 2015-ci ildən Suriyada keçirdiyi əməliyyat nəticəsində Hələbin şimalında yerləşən Azaz və Cerablus şəhərləri arasında təhlükəsizlik zonası yaradılıb, Afrinə nəzarət təmin edilib və Fəratın şərqindəki sərhəd bölgələr nəzarətə götürülüb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90