
Türkiyədə BƏDBƏXT HADİSƏ: Haqqınızı halal edin deyərək çaya girən oğlan yoxa çıxdı
Türkiyənin Sakaryada şəhərində bədbəxt hadisə baş verib. Uşaqlar, mən gedirəm, haqqınızı halal edin deyərək çaya girən 20 yaşlı Emirhan Henden yoxa çıxıb.
Busaat.az xəbər verir ki, Emirhan gözdən itdikdən sonra, ondan xəbər ala bilməyən dostları onun ailəsinə xəbər veriblər.
Hadisə yerinə cəlb olunan dalğıc qrupu 20 yaşlı gəncin cəsədini sudan çıxarıblar. Axtarış zamanı valideynlərinin fəryadı ürəkləri ağrıdıb.
Həmin görüntüləri sizə təqdim edirik:























