Türkiyədə fransız qadın terrorçu saxlanıldı – Foto

image-sarah-talibbackend

İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarılan İŞİD üzvü Fransa vətəndaşı Sara Talıb Türkiyənin Ankara şəhərində saxlanılıb.

Busaat.az “Hürriyet”ə istinadən xəbər verir ki, Ankara polisinin axtarış-əməliyyat tədbirləri nəticəsində Talıbın xaricə qaçmaq üçün Fransa səfirliyinə müraciət edəcəyi müəyyən olunub.

Polisin izləməsi nəticəsində Talıb səfirlik binasına 200 metr qalmış saxlanılıb. Onun barəsində istintaq prosesinin davam etdiyi bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90