Türkiyədə sel fəlakəti, ölən və itkin düşənlər var – Fotolar

Türkiyədə sel fəlakəti, ölən və itkin düşənlər var – Fotolarbackend

Türkiyənin Giresun vilayətində yağan güclü yağışlar daşqınlara səbəb olub.

Busaat.az  “Hürriyet”ə istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb, Giresun-Dərəli-Sivas yolu isə bağlanıb. Giresun valisi Ənvər Ünlü 6 vətəndaşın itkin düşdüyünü bildirib. Daxili İşlər Naziri Süleyman Soylu təbii fəlakətdən sonra keçirdiyi təcili toplantıda ümumilikdə 5-i xilasedici olmaqla 12 nəfərin seldə itkin düşdüyü barədə məlumat verib. Su altında qalan yaşayış evlərinin sakinləri təxliyyə olunub. Soylunun sözlərinə görə, Dərəli rayonunda suyun səviyyəi 2 metri ötüb.

İtkin düşənlərin axtarışları davam etdirilir.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90