Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.73 $▼4.04%
  • WTI neft81.92 $▼3.33%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.365 $▲6.42%
  • Qızıl3 733 $▼1.42%
  • Gümüş44.98 $▼1.82%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.00 ¢▼3.02%
  • Bitcoin62 749 $▼3.27%
  • Ethereum1 759 $▼3.50%
  • S&P 5007 326▼0.20%
8°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Türkiyənin belə bir hədəf axtardığını düşünmürəm” – Lavrov

image-kapak_140648
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Tarixi mənada fövqəlmilli bir varlıq kimi “Böyük Turan”dan danışırıqsa, Türkiyənin belə bir hədəf axtardığını düşünmürəm. SSRİ-nin bir hissəsi olmuş və müstəqil dövlətlərə çevrilmiş ölkələrin bu fikri necə dəstəkləyə biləcəyini başa düşmürəm”.

Busaat.az xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bunu RBC TV-yə verdiyi müsahibəsində deyib. O, Türkiyənin belə bir məqsəd güddüyünə inanmadığını bəyan edib.

Onun fikrincə, bu fonda Azərbaycan kimi ölkələrin xarici siyasətinin mahiyyəti milli dövlətlərini gücləndirməyə əsaslanır.

Lavrov Türkiyə ilə bir sıra Orta Asiya ölkələri arasındakı mövcud əlaqələri də şərh edib.

“Bir neçə respublikamız təmaslarda maraqlıdır. Orada xüsusi layihələri təşviq edirlər. TÜRKSOY adlı türk mədəniyyətinə aid beynəlxalq bir təşkilat var. Həmçinin Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi bir quruluş da mövcuddur. Bunların hamısı artıq uzun müddətdir fəaliyyət göstərir. Onların öz planları var, tədbirlər keçirirlər”,-deyə Lavrov əlavə edib.

Lavrovun sözlərinə görə, bu fəaliyyətlər mədəni, dil və təhsil ənənələrindən qaynaqlanır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=36783