Türkiyənin diplomat “fil”inin qarşısında İrəvan “piyada”sı – xüsusi nümayəndə təyinatının şok pərdəarxası

image-6a52448933557c2436c732d6a1f50e86backend

Ankaranı dialoqda təcrübəli diplomat Sərdar Kılıc təmsil edəcək, qarşı tərəfdən Jirar Libardiyan gözlənildiyi halda, bu görəv irqçi Ruben Rubinyana həvalə edilib, erməni ekspertlər “biz bu danışıqları hələ başlamamış uduzmuşuq” yazırlar; Politoloq: “Rubinyan 5 il Türkiyədə yaşayıb, türk dilini bilir, ”Agos“ qəzetində çalışıb“

Ermənistan – Türkiyə dialoqu prosesində Ankaranı Vaşinqtondakı keçmiş səfir, təcrübəli diplomat Sərdar Kılıc təmsil etdiyindən, İrəvanın kimə güvənəcəyi maraq doğururdu. Ehtimal edilirdi ki, bu görəvi təcrübəli diplomat Jirar Libardiyana etibar edə bilərlər.

“Yeni Müsavat” bildirir ki, gözlənilmədən bu cür mühüm və tarixi nəticələri ola biləcək missiyanın Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyana həvalə edilməsinə qərar verildi. Ermənistanla münasibətlərin normallaşdırılması üzrə Ankaranın xüsusi elçisi  diplomatiyada “fil fiqurlardan” biri olduğu halda, onunla birgə işləməyin hətta ölkəsində belə yaxşı tanınmayan (“piyada”) vitse-spikerə həvalə edilməsi haqlı suallar doğurur.

Maraqlıdır ki, R.Rubinyanın təyinatı Ermənistanda da birmənalı qarşılanmayıb. Erməni ekspertlər hətta bu təyinatı “Ermənistanın qadın futbol komandasını Fransa kişi futbol komandasına qarşı çıxarmaqla” müqayisə ediblər, “biz bu danışıqları hələ başlamamış uduzmuşuq” yazırlar. Onların sözlərinə görə, heç bir diplomatik və danışıq təcrübəsi, eləcə də müvafiq təhsili olmayan Rubinyanın “nüfuzlu və ideoloji istiqamətinə görə antierməni olan bu diplomatla eyni masa arxasında oturması” qəbuledilməzdir.

Türk ekspertlər də xüsusi nümayəndənin üzərinə ağır yük düşəcəyini hesab edirlər.  Danışıqlarda sülh və dostluq şəraitinin yaranmasına mane olacaq fakt kimi Ermənistanın Konstitusiya və Müstəqillik Aktında Türkiyədən “düşmən ölkə olaraq bəhs edilməsi” xüsusi vurğulanır. “Biz Türkiyə olaraq, Ermənistanı keçmiş İrəvan xanlığı bölgəsi kimi qəbul edib konstitusiyamıza salsaq, Ermənistan bu masaya gələrmi?” deyə, sual edilir. Bunlar göstərir ki, xüsusi nümayəndənin xüsusi təcrübəyə malik bir diplomatın olmasını zəruri edir.

Cumhurbaşkanı Aliyev`den Şamil Ayrım`a 'Dostluk' nişanı – Yeni Çağ

 Şamil Ayrım 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının təmsilcisi Şamil Ayrım isə BBC radiosuna açıqlamasında qeyd edir ki, altı aya sərhədlər açıla bilər: “İlk görüşləri dəyərləndirəndə, proses çox sürətli irəliləyir. Mənim təxminim, ilk 6 ay içərisində bəzi məsələlər dəqiqləşə, sərhədlər açıla, Zəngəzur dəhlizi ilə bağlı mənzərə aydınlaşa, dəmir yolu və quru yolların marşrutları dəqiqləşdirilə bilər. Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması, öncəki normallaşma cəhdlərindən fərqli olaraq, bu dəfə prosesə Azərbaycanın da razı olmasına və regionda yeni balanslar formalaşdırılmasına imkan verib”.

Əlbəttə ki, İrəvanda da xüsusi nümayəndənin təcrübəsiz olduğunun fərqindədirlər. Ehtimal olunur ki, əslində İrəvan bu təyinatla sərhədlərin açılmasına o qədər də isti baxmadığını göstərmiş olur. Başqa bir versiyaya görə, Ermənistan danışıqların hansısa mərhələsində geri çəkilmək, “taym-aut” götürmək üçün təcrübəsiz vitse-spikerin təyinatına razılıq verib ki, sonradan bunu bəhanə edib onu geri çağırsın. Bəs Azərbaycanı da yaxından maraqlandan bu mövzuda ekspertlər nə düşünür?

Qabil Hüseynli geri addım atdı: “Dünənki emosional sözlərimdən imtina  edirəm” | KONKRET

Qabil Hüseynli

Professor Qabil Hüseynli tamamilə fərqli düşünür. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Rubinyanı Türkiyənin agenti adlandırırlar: “O, təxminən 5 ilə qədər Türkiyədə yaşayıb, türk dilini sərbəst bilir, ermənilərin ”Aqos” qəzetində işləyib, amma  ermənipərəst siyasətçidir, millətçidir. Sadəcə, türk dilini yaxşı bildiyinə görə onu türk agenti kimi qələmə verməyə çalışırlar. Məncə, uğursuz ittihamdır. Rubinyanın təyinatına səbəb Türkiyə gerçəkliyini və ictimai rəyini yaxşı bilməsidir”.

Q.Hüseynlinin sözlərinə görə, Rubinyanın Türkiyədəki 250 minlik erməni icması ilə də sıx əlaqələri var: “Zənnimcə, düzgün seçimdir, mən burada başqa səbəb görmürəm. Sadəcə, Türkiyəni tanıyan siyasətçidir. Ümumiyyətlə, Türkiyə problemin həllini istəyir. Bunun üçün Azərbaycan-Ermənistan danışıqları sürətlənməli, qalan məsələlər də yoluna qoyulmalıdır. Paşinyan kompromisə gedərsə, Türkiyə-Ermənistan əlaqələrinin bərpası çətin olmayacaq”.

Azerbaycan ateşkesle neler kazandı bu yararına mı? Abdullah Ağar statüye  dikkat çekti - Internet Haber

 Abdulla Ağar

Türkiyədən olan politoloq Abdulla Ağar “Yeni Müsavat”a bildirdi ki, Rubinyanı hansı kriteriyalara, keyfiyyətlərinə görə  seçdiklərini bilmək olmur: “Lakin onun bioqrafiyasına baxdım, qatı erməni irqçisidir, şovinistdir. Görünür, bu adamı seçməklə Ermənistanın daxili auditoriyasına işləyiblər. Bununla cəmiyyətə mesaj verilib ki, ermənilərin milli maraqlarına zidd mövqe olmayacaq, hansısa ”zərərli” güzəştə gedilməyəcək”.

A.Ağarın fikrincə, Ermənistan dirənişini davam etdirmək niyyətində olduğunu göstərir: “Amma Azərbaycan Ordusu Ermənistanın beynini dağıtdığı üçün hər şey bu nəticəyə uyğun şəkillənəcək. Sadəcə, elə də asan proses olmayacaq. Biz Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşmasını istəyirik, amma İrəvan bu prosesdə haqqı olmayanı qazanmamalıdır. Çünki 44 günlük müharibə geopolitik reallığı dəyişib və əlimizdəki qazancı zənginləşdirmək lazımdır. Ermənistanın normallaşma prosesində əldə edəcəkləri heç də bizim müharibədə qazandıqlarımızın itirilməsinə gətirib çıxarmamalıdır. Bizim 3 min şəhid, 11 min qazimiz var, zopa yeyən tərəf deyilik, ermənilərdir. Amma sanki normallaşma prosesi deyəndə uduzan tərəfik”.

Türk ekspertin sözlərinə görə, Ermənistan “artsax” iddialarından əl çəkməyib, sərhədlər mövzusunda dirənir: “Ermənistan bədəlini ödəməlidir. Tarixdə belə fürsətlər nadir halda ələ düşür. Deməyim odur ki, əldə edilən üstünlüyü normallaşma adı ilə itirməli deyilik. Normallaşma prosesində də biz qazanmalıyıq. Çox təəssüf ki, Ermənistan bu gedişatdan sui-istifadə edir. Sanki müharibəni qazanmış kimi özünü aparır. Ona görə beynəxalq müstəvidə mübarizədən çəkinməli deyilik”.

Azərbaycan tarixə bir də belə yazıldı

Ramiyə Məmmədova 

Siyasi ekspert Ramiyə Məmmədova Rubinyanın pozucu mövqe sərgiləyəcəyini gözləmir, lakin millətçi birinin təyin edilməsi də təsadüfi deyil: “Paşinyan daxili sakitləşdirir. Ona görə millətçi baxışları olan məmur qabağa çəkilib. Rubinyan təcrübəli şəxs deyil, amma İrəvanın qovluğunda nə varsa, onu danışıqlar masasına gətirəcək. Ümumən Türkiyə-Ermənistan danışıqları Ermənistan-Azərbaycan dialoqu ilə sinxronluq təşkil etməli, paralel getməlidir. Əgər Bakı-İrəvan danışıqlarında tormozlanma olacaqsa, hansısa məsələlərdə erməni tərəfi qeyri-konstruktiv addım atacaqsa, Ankara da danışıqları bu gedişata uyğunlaşdırmalıdır. Ola bilməz ki, birində işlər rəvan getsin, digərində razılaşma olmasın. Hər halda, ağrılı proses olacaq, yekunda isə sərhədlərin açılması reallaşacaq”.

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı isə qeyd edir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyən Ermənistan bəyannamədən imtina etməli, ən vacibi isə konstitusiyasını dəyişdirərək, “bəyannamənin yerinə yetirilməsi vəzifəsini” çıxarmalıdır: “Bu prosesdə Ermənistanın Müstəqillik Bəyannaməsi əsas maneələrdən biridir. 12 bəndlik bəyannamə qondarma ”Dağlıq Qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarına əsaslanır. Bəyannamənin 11-ci bəndində isə deyilir ki, “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda erməni soyqırımının (qondarma-red) beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”. Qondarma “miatsum” ideyası Azərbaycana qarşı, 11-ci bənd isə Türkiyəyə qarşı ərazi iddiasının, eləcə də qondarma “soyqırımı” iddiasının irəli sürülməsidir. Və Ermənistan konstitusiyasında bəyannamənin yerinə yetirilməsi əsas vəzifələrdən biri kimi yer alır.

İstisna deyil ki, Ankara-İrəvan danışıqlarında, eləcə də Bakı və İrəvanın yekun sülh müzakirələrində bu məsələlər müzakirə ediləcək. O da istisna deyil ki, Paşinyanın konstitusiya islahatları qərarının səbəblərindən biri də artıq qonşu olmaq istədiyi ölkələrə – Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi baxımdan aradan qaldırılmasıdır. Əks təqdirdə, normallaşma prosesi və hərtərəfli sülh kövrək olacaq”.

Qeyd edək ki, Rubinyan 1990-cı il təvəllüddür, 2010-cu ildə İrəvan Dövlət Universitetini bitirib.

Emil SALAMOĞLU
“Yeni Müsavat”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki