Türkmənistan Prezidenti “cəhənnəm qapıları”nı söndürməyi tapşırdı

image-qurbannbackend

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə Qaraqum səhrasında yanan qaz kraterini söndürməyi tapşırıb.

Bu barədə Busaat.az  türkmən televiziyasına istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, artıq uzun illərdir bu ərazidə külli miqdarda dəyərli qaz yanır. Bundan əlavə, bu, ekologiyaya və yaxınlıqda yaşayan insanların səhhətinə mənfi təsir göstərir.

Qeyd edək ki, Qaraqum səhrasındakı sözügedən qaz krateri xalq arasında “cəhənnəm qapıları” adlandırılır. O, Aşqabad şəhərindən 260 kilometr aralıqda yerləşir və artıq alim və turistlərin diqqətini cəlb edən bir yerə çevrilib.

“Cəhənnəm qapıları”nın diametri 60 metrə, dərinliyi isə 20 metrə yaxındır.

Qafqazınfo

 



Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90