“Üçüncü sinif şagirdi bu suala cavab verdi, amma müəllimlər…” – VİDEO

image-muellimbackend

İyun ayının 8-də müəllimlərin sertifikasiya imtahanı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 509052 rəqəmi ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanına düşən suallardan biri idi və 33 faiz, yəni 1209 müəllim bu suala səhv cavab verib.

Müəllimlərin çətinlik çəkdiyi sual tək bu olmayıb. Ədəbiyyat fənnindən də onlar bəzi sualları doğru cavablandırmayıblar.

Təhsil eksperti Kamran Əsədov deyir ki, müəllimlərə verilən sualların hamısı 1-4-cü siniflərin kitablarından çıxarılıb:

“Həmin test tapşırıqlarını biz 3-cü və 4-cü sinif şagirdlərinə təqdim etdik. Şagirdlərin 85-90 faizi müəllimlərin həll edə bilmədiyi suallara doğru cavab verib”.

Qeyd edək ki, iyunun 8-də keçirilən sertifikatlaşdırma imtahanında ümumilikdə 6464 müəllim iştirak edib. Onlara ümumilikdə 60 sual təqdim olunub ki, bu sualların da 30%-ni müəllimlər düzgün cavablandırmayıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki