Krasnodar diyarında Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun neft nasos stansiyasına zərbələr endirib. Busaat.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, neft sızması təhlükəsi yoxdur.
“Xəzər Boru Kəməri Konsorsiumunun Krasnodar diyarında yerləşən neft nasos stansiyasına PUA-nın hücumu olub”, – RİA Novosti şirkətin məlumatlarına istinadən xəbər verir. Qeyd olunur ki, neft sızması təhlükəsi olmayıb və zərbə zamanı tələfat qeydə alınmayıb.
Rusiya Müdafiə Nazirliyinin hesabatına görə, ötən gecə ölkənin regionları üzərində Ukraynaya məxsus 90 pilotsuz uçan aparat məhv edilib . Krasnodar bölgəsi üzərində pilotsuz təyyarələrin ümumi sayından 24 PUA vurulub.