Ukraynanın məğlubiyyəti NATO-ya trilyonlarla dollara başa gələcək-Rute

image-1backend
image-ad_qayo_720x110px

Kiyevin məğlubiyyəti NATO-ya təkcə hazırda alyansın hərbi xərclərə xərclədiyi milyardlarla dollara deyil, trilyonlarla dollara başa gələcək.

Busaat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Davos Dünya İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Ukrayna uduzsa, NATO-ya əlavə milyardlar yox, əlavə trilyonlarla dollar lazım olacaq. Belə olan halda NATO tərəfindən Qərbin çəkindirmə gücünün bərpası hazırda müzakirə etdiyimizdən qat-qat baha başa gələcək”, – TASS onun sözlərini sitat gətirib.

Rutte atəşkəs barədə daha az danışmağa və Ukraynaya daha çox silah tədarükünə, eləcə də Rusiyanın şərtləri ilə atəşkəsə imkan verməməyə çağırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki