Ukraynanın xarici işlər naziri Dmitro Kuleba rəsmi təmasları çərçivəsində İraqın paytaxtı Bağdada səfər edib.
Busaat.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba İraqın xarici işlər naziri Fuat Hüseynlə görüşmək üçün səhər saatlarında İraqın paytaxtı Bağdada gəlib.
Görüşdən sonra iki nazir birgə mətbuat konfransı keçirib.
Ölkəsinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün cəhd göstərdiyini ifadə edən Hüseyn, “İraq atəşkəs tərəfdarıdır. Eyni sözləri Bağdada səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrova da çatdırdıq. İraq da atəşkəs istəyən tərəflər arasındadır. Moskva ilə Kiyev arasında danışıqlara başlamağa çalışırıq”, – deyə bildirib.
Kulebanın İraqa səfərinin çox əhəmiyyətli olduğunu vurğulayan Hüseyn iki ölkə arasındakı əlaqələrlə yanaşı, regional məsələləri də müzakirə etdiklərini qeyd edib.
İraqa səfərinin iki ölkə arasında əlaqələrin inkişafının simvolu olduğunu qeyd edən Kuleba deyib: “İraq hökumətinin izlədiyi siyasətlə əməkdaşlıq edirik”.
Busaat.az