Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.17 $▲0.56%
  • WTI neft88.64 $▲0.44%
  • Avropa qazı (TTF)92.47 €▼1.32%
  • Təbii qaz (ABŞ)3.270 $▼1.86%
  • Qızıl3 900 $▼0.44%
  • Gümüş50.02 $▼0.46%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.75 ¢▲0.76%
  • Bitcoin69 224 $▼3.01%
  • Ethereum1 958 $▼2.96%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ukraynaya iki istiqamətdə DƏHŞƏTLİ HÜCUM: Ağır döyüşlər GEDİR – BAŞ QƏRARGAH

image-25f38a43-5e7c-399d-8413-52ac46639078_850-505x315
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Baxmut və Avdeyev istiqamətlərində şiddətli döyüşlər davam edir.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı özünün Feysbuk səhifəsində məlumat yayıb:

“Düşmən Donetsk vilayətinin inzibati sərhədinə daxil olmaq cəhdlərini dayandırmır. Bu gün Baxmut və Avdeyev istiqamətlərində, Kodem, Zaytsevo, Peskov, Pervomaysk və Maryinka rayonlarında şiddətli döyüşlər davam edir”.

Baxmut istiqamətində Baxmut, Baxmutsk, Soledar, Yakovlevka, Zaytsevo, Mayorsk və Kodema yaxınlığında müxtəlif növ artilleriya atəşi qeydə alınıb.

“Düşmən Baxmut, Veselaya Dolyna və Zaytsevo istiqamətində hücum hərəkətləri ilə irəliləməyə çalışıb, buna nail olmayıb, geri çəkilib. Kodem yaşayış məntəqəsi üzərində nəzarəti bərqərar etməyə çalışır, döyüşlər davam edir”, – Baş Qərargah əlavə edib.

Bu arada Avdeyevsk istiqamətində düşmən Avdeevka, Opıtnı, Umanski, Pervomayski, Staromıxaylovka və Nyu-York yaxınlığında minaatanlardan, tanklardan, atıcı və raket artilleriyasından atəş açıb.

“Ruslar hücum hərəkətləri ilə Krasnoxorovka və Maryinka istiqamətlərində taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır, ənənəvi olaraq itki verərək geri çəkiliblər”, – xülasədə deyilir.

Slavyan istiqamətində düşmən bölmələri Dolina, Krasnopol, Boqorodiçnı və Vernopol yaxınlığında artilleriya və raket zərbələri sistemlərindən atəşə tutmağa davam edir. Düşmən təyyarələri Vernopol yaxınlığında vurulub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84611