UNICEF-dən Türkiyəyə kömək ÇAĞIRIŞI

image-zelzele-turkiyebackend

UNICEF Türkiyə fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra beynəlxalq ictimaiyyətdən əlavə yardım istəyib.

Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən UNICEF-in Türkiyə nümayəndəsi Regina De Dominicis zəlzələdən sonra uşaqların və ailələrinin uzun müddətdə zərər görməməsi üçün beynəlxalq yardımların artırılmasının lazım olduğuna diqqət çəkib.

Dominicis bildirib ki, UNICEF Türkiyə əlavə 138 milyon dollar yardım üçün müraciət edib.

Bölgədəki uşaqlara və ailələrə zəlzələdən sonra sağalmaq və həyatlarını bərpa etmək üçün təcili yardım edilməsinin vacib olduğunu qeyd edən Dominicis, bunun prioritetləşdirilməsinin vacib olduğunu bildirib.

UNICEF bildirir ki, Türkiyədə zəlzələdən təxminən 4 milyon məktəbli zərər çəkib.

Milli Təhsil Nazirliyinin təhsil fəaliyyətinə dəstək verən UNICEF sökülən məktəblərin yenidən qurulması üçün də maliyyə yardımı edir.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90