Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.99 $▼2.68%
  • WTI neft83.91 $▼0.98%
  • Avropa qazı (TTF)83.56 €▼2.25%
  • Təbii qaz (ABŞ)3.205 $▲1.36%
  • Qızıl3 764 $▼0.61%
  • Gümüş45.55 $▼0.58%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda601.00 ¢▼0.70%
  • Bitcoin64 184 $▼1.06%
  • Ethereum1 800 $▼1.26%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Van Dammın oğlu azərbaycanlı pianoçu ilə evləndi - FOTO

image-vandam
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məhşur kino ulduzu Jan-Klod Van Damm oğlu Kristofer Van Damm azərbaycanlı , Prezident təqaüdçüsü, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatı Suada Hacızadə ilə ailə qurub.

Busaat.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Suada özü sosial şəbəkədə məlumat verib. O, aktyorla nikah mərasimindən foto paylaşıb.

Məlumat üçün bildirək ki, Hacızadə Suada Elxan qızı 24 oktyabr 1999-cu il Bakı şəhərində dünyaya gəlib. O, hələ uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Təxminən 4 yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb. Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansambla yazıdıb.

2014-cü ilin may ayında Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə uşaq və gənclər üçün musiqi festivalı layihəsində Georgiy Şaroyev adına gənc pianoçuların ümümməktəb festivalında uğurlu cıxışına görə I dərəcəli diplomla təltif olunub. Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər vermişdir. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=49986