Vətən müharibəsinin iştirakçısı Fariz Nəcəfov qələbədən yazdı

Vətən müharibəsinin iştirakçısı Fariz Nəcəfov qələbədən yazdıbackend

“Qəbələ” klubunun prezidenti, Vətən uğrunda gedən döyüşlərin iştirakçısı Fariz Nəcəfov Azərbaycanın Qarabağın azad olunması üçün apardığı mübarizədə qalib olması ilə bağlı paylaşım edib.

Busaat.az  xəbər verir ki, klub rəhbəri  feysbuk hesabında bunları yazıb: 

“Böyük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Ali Baş Komandan başda olmaqla xalqımızı təbrik edirəm. Bu qalibiyyətin əldə olunmasında qəhrəmanlıqla şəhid olan hər bir əsgər və zabitimizin ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm. Tarixi zəfərin əldə olunmasında “hər şey cəbhə üçün” devizi altında birləşən və ölçüyəgəlməz ruh yüksəkliyi ilə ordumuzun yanında olan millətimizin hər bir övladı ilə fəxr edirəm. Qalib Azərbaycan xalqına eşq olsun!”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90