Vilyam Hacıyevin məhkəməsi başladı

image-vilyambackend

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Busaat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb. Təqsirləndirilən şəxsin vəkilləri jurnalistlərin zaldan çıxarılmasını istəsə də, vəsatət təmin olunmayıb. V.Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda olan vəsatət də təmin edilməyib. Eks-icra başçısının Bakı şəhər 1 saylı İstintaq Təcridxanasına köçürülməsi haqda vəsatətə isə növbəti iclasda baxılacağı elan edilib.

V.Hacıyev çıxış edərək ölkə başçısına müraciət edib: “Zalda oturan media nümayəndələri vasitəsilə Prezidentə müraciət edirəm. Mən Naxçıvan MR-in fəxri vətəndaşıyam. 3 il Heydər Əliyevlə birlikdə işləmişəm. Xahiş edirəm, mənim müalicəm üçün lazımi şərait yaradılsın”.

V.Hacıyevin vəkilləri iş materialları ilə ətraflı tanış olmaq üçün hazırlıq iclasının təxirə salınmasını istəyiblər. Növbəti iclas sentyabrın 3-ə təyin olunub.

Xatırladaq ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90