Xankəndi stadionu işıqlandırıldı – oyuna tam hazırdırFOTO

image-1703058844_411700930_739767294704702_9206768943221600034_nbackend

Sabah – dekabrın 21-də Xankəndi şəhər stadionunda keçirləcək “Qarabağ” – MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşıb.

Busaat.az xəbər verir ki, stadionunun işıqlandırma sistemi də hazır vəziyyətə gətirılib.

Tanınmış aparıcı Sənan Şəfizadə özünün İnstaqram səhifəsində Xankəndi stadionundan yeni şəkilllər paylaşıb. Stadionda işıqlandırma ilə yanaşı, elektron reklam lövhələri də yerləşdirilib və onun sınaqları həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.

Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki