Xorvatiyanın eks-Prezidenti İlham Əliyevə məktub göndərdibackend

2000-2010-cu illərdə Xorvatiyanın Prezidenti olmuş Stepan Mesiç Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 

Busaat.az  həmin məktubu təqdim edir:

“Yeni döyüşlər və açıq silahlı hücum haqqında xəbəri böyük narahatlıqla oxudum. Dinc əhali arasında həlak olanlar, yaşayış evləri, xəstəxanalar və məktəblər də daxil olmaqla, bir çox ictimai binaların dağılması haqqında xəbərlər məni dərindən kədərləndirdi. Mən dinc əhaliyə qarşı güc tətbiqini şiddətlə qınayıram.

Bütün bunlarla əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.