Ukrayna silahlı qüvvələri öz qoşunlarının əhəmiyyətli bir hissəsini KXDR-in Novodonetskoye qəsəbəsi ərazisindən geri çəkib.
Busaat.az xəbər verir ki, bu barədə Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən müşaviri Yan Qaqin TASS-a bildirib.
“Ukrayna silahlı qüvvələrinin öz əsgərləri üçün təşkil etdiyi bu “ət hücumları” nəticə vermədi. Bizim fəal müdafiəmiz Novodonetskoye ərazisində ukraynalı qruplaşmanın ağır itkilərinə səbəb oldu. Cəbhənin bu hissəsində düşmənin fəallığı nəzərəçarpacaq dərəcədə azalıb, çünki Ukrayna silahlı qüvvələri qoşunların əhəmiyyətli hissəsini bu ərazidən geri çəkməli olub”, – Qaqin deyib.
O, həmçinin əlavə edib ki, Ukrayna döyüş qrupu Novodonetskoye yaxınlığında Rusiya müdafiəsini yarmaq üçün uğursuz cəhdlər nəticəsində ağır itki verib. Qaqin qeyd edib ki, Ukrayna ordusunun Donetsk vilayətinin cənubunda bir həftə ərzində döyüşlər zamanı əvəzolunmaz itkiləri bir neçə yüz nəfər təşkil edib.
Sentyabrın 17-də Şərq döyüş qrupunun mətbuat mərkəzinin rəhbəri Oleq Çexov TASS-a bildirib ki, Rusiya qüvvələri Novodonetskoye yaxınlığında Ukrayna bölmələrinin rotasiyasını həyata keçirmək cəhdinin qarşısını alıblar.
[18.09 17:56] Nigar Məmmədova: DXR-in bir hissəsində geri çəkilməyə məcbur olan Ukrayna qoşunlarının böyük qrupu – rəsmi