Yaponiya parlamentinin yuxarı palatası Hindistanla hərbi təlimlər və potensial birgə əməliyyatlar üçün yanacaq, qida və avadanlıqların qarşılıqlı tədarükü barədə sazişi təsdiqləyib.
Busaat.az xəbər verir ki, bu barədə parlamentin rəsmi veb saytında məlumat yerləşdirilib. Sənədin təsdiqləmə proseduru tamamlanıb, iyunda qüvvəyə minəcək.
Qeyd edək ki, Yaponiya əvvəllər ABŞ, Avstraliya, İngiltərə, Fransa və Kanada ilə oxşar müqavilələr bağlayıb. Bu cür razılaşmalar daha intensiv müştərək hərbi təlimlərə zəmin yaradır. ABŞ, Avstraliya, Hindistan və Yaponiya Hind və Sakit Okeanlarında genişmiqyaslı hərbi dəniz təlimləri həyata keçirir.
Bu ay Yaponiyanın Kyuşu adasında ilk dəfə şəhər şəraitində döyüş əməliyyatları üzrə ABŞ, Fransa və Yaponiyanın quru qoşunlarının birgə təlimləri keçirilib.