Yaşlı insanlar koronavirusa necə qalib gəlir? – ARAŞDIRMA

Yaşlı insanlar koronavirusa necə qalib gəlir? – ARAŞDIRMAbackend

Uzunömürlülüyə meylli insanlar koronavirusla əlaqəli risklərə az həssas olurlar.

Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Edinburq Universiteti və “Gero” biotexnologiya şirkəti araşdırma aparıb. Bildirilib ki, uzunömürlülüyə səbəb olan genetik mutasiyalar eyni vaxtda COVID-19-un daha yüngül gedişatına səbəb olur.

“Gero” şirkətinin qurucusu Pyotr Fediçevin sözlərinə görə, uzunömürlü insanlar (və onların övladları) xroniki xəstəliklərdən əhalinin orta səviyyəsindən daha az əziyyət çəkir. O hesab edir ki, bu genetik mexanizm ehtimal ki, koronavirus və digər təhlükəli infeksiyalarla mübarizə apara bilər.

Əlavə tədqiqatlar təsdiq edib ki, COVID-19-dan, hətta digər ağır xəstəliklərdən ölüm riski insanın bioloji yaşından asılıdır. Bu baxımdan mövsümi infeksiyalara və koronavirusa qarşı profilaktik tədbirlərə əlavə olaraq yaşlanma əleyhinə dərmanların istifadəsi tövsiyə olunur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90