Yevlaxda “Niva” markalı minik maşını ilə avtobus toqquşub.
Busaat.az xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun Yevlax rayon Duzdağ qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi “Niva” markalı minik maşını, 1985-ci il təvəllüdlü Ramin Qarayevin idarə etdiyi avtobusla toqquşub. Hadisə nəticəsində minik maşınında olan sərnişin, 1977-cı il təvəllüdlü Yeganə Süleymanova xəsarət alaraq Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.