Yol polisinin sürücü ilə rüşvət “alver”i – Video

image-yol-polisi-rusvet-fotobackend

Azərbaycanda yol polisi əməkdaşının rüşvət almasını əks etdirən kadrlar yayılıb.
Busaat.az Yeniavaz.com-a
 xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda polisin xidməti avtomobilində polis əməkdaşı ilə sürücü arasında “al-ver” getdiyi müşahidə olunur.
Belə ki, polis əməkdaşı sürücünün ona “təklif etdiyi məbləğ”lə razılaşmır və 10 manat daha verməsini istəyir. Polis əməkdaşı verilən pulun 10 manatının “kamera”ya verəcəklərini bildirir və komandiri ilə birgə onların da hərəsinə 10 manat çatacağını deyir. “Al-ver” bitdikdən sonra isə polis əməkdaşı pulun “halallığını” istəyir və onlar sağollaşırlar.
Kadrları sürücü gizli lentə alıb:

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayev Yeniavaz.com-a bildirib ki, sözügedən kadrlar köhnədir.
“Köhnə hadisədir. Daha əvvəl mətbuatda bu haqda dərc olunub. Daha sonra mətbuat orqanları xəbəri siliblər”, – M.Ağayev bildirib.
Qeyd edək ki, kadrlarda yol polisi əməkdaşının yeni formada olduğu müşahidə edilir. Yol Patrul Xidməti (YPX) əməkdaşlarının yeni geyim forması isə 2020-ci ilin yanvar ayında nümayiş etdirilib və bundan qısa müddət sonra polis əməkdaşlarının istifadəsinə verilib. Məsələ ilə bağlı onlayn platformalarda axtarış zamanı bu barədə daha əvvəl dərc olunmuş hər hansı məlumat çıxmır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90