Yunanıstan Azərbaycana yeni səfir təyin etdi

image-yunanistanbackend

Yunanıstan Azərbaycana yeni səfir təyin edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Azərbayanın Yunanıstandakı səfiri Anar Hüseynov öz tviter hesabında açıqlayıb.

Onun sözlərinə görə, yeni səfir Kristos Kapodistriasdır:

“Bakıda fəaliyyət göstərəcək yunanıstanlı həmkarım, cənab səfir Kristos Kapodistriasa can sağlığı və Azərbaycan və Yunanıstan arasında ikitərəfli əlaqələrin inkişafında uğurlar arzulayıram!”

Qeyd edək ki, Kristos Kapodistrias bu vəzifədə Nikolaos Piperiqkosu əvəz edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90