Alexandroupoli və Meriç bölgəsində avqustun 19-dan bəri davam edən yanğının Yunanıstanın son 20 ildə qarşılaşdığı ən böyük meşə yanğını olduğu açıqlanıb.
Busaat.az xəbər verir ki, bu barədə Yunanıstan Meteorologiya Departamentinin Avropa İttifaqının (Aİ) Kopernik Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Hesabata əsasən, Aleksandrupoli və Meriç bölgəsində avqustun 23-nə qədər olan müddətdə yanmış meşə sahəsi 720 min hektarı keçib.
Yunanıstanda son 20 ildə baş verən ən böyük 16 yanğında ümumilikdə 4 milyon 200 min hektar ərazi yanıb. Aralarında ən böyük ərazini əhatə edən yanğın 720 min hektarla Aleksandrupoli və Meriçdə olub. Bu il Yunanıstanda 1 milyon 200 min hektardan çox ərazi yanıb.
Bu yanğın son illərdə Avropa torpaqlarında qeydə alınan ən böyük yanğın kimi hesabata daxil edilib.
İyul ayında 520 min hektar ərazinin yandığı Yunanıstanda bu il 1 milyon 200 min hektardan çox ərazi kül olub.








