“Yuventus”un azarkeşləri “Çelsi”nin hücumçusu Romelu Lukakunun Turin klubuna transferinə etiraz ediblər.
Busaat.az xəbər verir ki, bu barədə Sport bible məlumat yayıb.
“Yuventus”la əvəzedici komanda arasında keçirilən oyundan (8:0) sonra Turin klubunun azarkeşləri “Allianz” stadionunun meydançasına çıxaraq “Lukakunu imzalamayın!” şüarları səsləndirməyə başlayıblar.
Stüartlar oyunçuların təhlükəsizliyini təmin etmək üçün tribunanı mühasirəyə almağa məcbur olublar.
Xatırladaq ki, 2022/2023 mövsümündə Lukaku “İnter”də icarə əsasında oynayıb. Belçikalı bütün yarışlarda 37 “neradzurri” matçına çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə, bu futbolçunun təxmini dəyəri 40 milyon avrodur.