Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşdübackend

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Bu barədə Busaat.az-a Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.