Zaqatalada evdə kişi meyiti tapıldı

image-424897432_341_0_3072_2048_1280x0_80_0_0_958eee759b3faa9234fb6d11fae835aejpg-1709704123backend

5 mart 2024-cü il tarixdə saat 07 radələrində Zaqatala RPŞ-dən rayon prokurorluğuna Zaqatala şəhəri M.Müşviq küçəsi ev 26 ünvanında qeydiyyatda olmaqla yaşayan 1986-cı il təvəllüdlü Qurbanov Rəşad Fərhad oğlunun yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, R.Qurbanov saat 01:50 radələrində yuyunmaq üçün axımlı su qızdırıcısının quraşdırıldığı hamam otağına keçib, saat 06:30 radələrində isə hamam otağında atası Fərhad Qurbanov tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki