Zelenskini Hitlerlə müqayisə etdi

image-mycollages_-_2022-08-09t120151-075backend

Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev Ukrayna Prezidenti Volodimir Zelenskini Adolf Hitlerlə müqayisə edib.

Busaat.az  xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb.

“Baş ukraynalı kloun “Rusiyanın bütün əhalisini məsuliyyətə cəlb etməyi” təklif edib. Son dəfə Adolf Hitler bütün xalqa qarşı belə ideyaları həyata keçirməyə çalışırdı. Ukrayna hakimiyyətinin təbiəti haqqında başqa sual var?”, – o qeyd edib.

Daha əvvəl Zelenski Qərbi rusiyalıları ölkələrinə buraxmamağa çağırıb. Onun sözlərinə görə, ruslar “öz fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90