Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 957 $▼1.86%
  • Ethereum1 896 $▼1.64%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

ZİYA MƏMMƏDOVUN DƏBDƏBƏLİ YENİ SARAYLARI AŞKARLANDI – Keçmiş nazir ölkənin hər yerində villalar tikibmiş + FOTOLAR  

image-5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Keçmiş Nəqliyyat naziri, ZQAN Holdinqin sahibi Ziya Məmmədovun – o Məmmədovun ki, bugünlərdə dolanışıqdan şikayətlənir, arpa, yonca əkdiyini bildirirdi – Bakıda, Ucarda, Qubada və İsmayıllıda olan malikanələrinin videoları yayılıb.

Bloqçu Mehman Hüseynovun hazırlayıb sosial şəbəkədə paylaşdığı reportajda sözügedən villaların yerləşdiyi ərazilərin Google Maps koordinatları da təqdim olunub.

Beləliklə, nazir olduğu illərdə 10 milyard dollardan artıq investisiyaları idarə etmiş Z.Məmmədovun sərvətinin kiçik bir hissəsini təqdim edirik:

1. Ucarın Qazıqumlaq kəndində təxminən 8 hektarlıq ərazidə özünə süni göl yaradan keçmiş nazir, mətbuata verdiyi son açıqlamasında burada mal-qara bəslədiyini, kənd təsərrüfatı ilə məşğul olduğunu bildirmişdi.

image-1

Malikanədə “M” işarəsində hovuz, uşaq meydançası, əkin sahələri, gümbəzəoşxar kotteclər, ayrıca bir kiçik villa da mövcuddur.

2. Bakının Şüvəlan qəsəbəsində, Xəzərin sahilində təxmini 7 hektarlıq ərazidə dəbdəbəli 1 ədəd iri malikanə və 4 ədəd ayrı villalar mövcuddur. Bu villalarda onun övladları, qardaşı və qardaşı uşaqları dincəlirlər. Ərazidə böyük hovuz, süni göl, dəniz suyundan ayrılan kiçik göl, yaxta limanı və futbol meydançası var.

image-2
3. İsmayıllı rayonunun ən gözəl kəndlərindən biri Basqalda da sabiq nazirin villaları yerləşir. Burada təxmini 3 hektarlıq ərazidə onun 4 villası var.

image-3
4. Qubanın ən gözəl kəndlərindən biri Qəçrəşdə, meşənin düz kənarında oliqarxın daha bir villası mövcuddur. Sahəsi 1 hektardan artıq olan ərazidə ucaldılmış malikanə böyük bir qəsrə bənzəyir.

image-4

5. Qubanın Qələdüz kəndində 1 hektarlıq ərazidə iri malikanə və əlavə bir ədəd villa mövcuddur. Villalar Qudyalçay çayının sahilində, möhtəşəm bir mənzərədə yerləşir.

image-7

“AzPolitika.info”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=37235